
Bakı. Trend:
2025-ci il dekabrın 22-dən 2026-cı il yanvarın 7-dək cəzaçəkmə
müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak
etdiyinə görə 2 nəfər cəzadan azad olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən
məlumat verilib.
Bildirilib ki, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən
qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına
görə isə 8 nəfər cəzadan azad olunub.
Ümumilikdə isə, Amnistiya Qərarı 3 846 məhkum
barəsində tətbiq olunub.

