
Bakı. Trend:
İran qanun çərçivəsində dinc etirazları rəsmən tanıyır və
vətəndaşların qanuni tələblərini araşdırmaq üçün heç bir səyi
əsirgəmir.
Trend-in
məlumatına görə, bu, İranın Xarici İşlər Nazirliyinin bəyanatında
öz əksini tapıb
Bəyanata əsasən, İran bu istiqamətdə iqtisadi problemlərin
azaldılması üçün lazımi tədbirlərin görülməsinin əhəmiyyət kəsb
etdiyini bildirərək bu problemlərin əsas hissəsinin ABŞ-nin İran
əleyhinə sanksiyalar çərçivəsində yarandığını qeyd edir.
Bəyanatda qeyd olunur ki, İran vətəndaşlarının milli birliyini
gücləndirməklə istənilən müdaxiləyə qarşı çıxacaq və ölkənin
müstəqilliyi və suverenliyinə zərbə vurulmasına imkan
verməyəcək.
Qeyd edək ki, dekabr ayının sonlarından etibarən ölkədə İran
rialının xarici valyutalar qarşısında dəyərini itirməsi, inflyasiya
və iqtisadi və maliyyə böhranı kimi problemlərə görə, etiraz
aksiyaları keçirilir.

