
Bakı.Trend:
Yanvar ayının 7-də Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin
ərazisində əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları
tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki,
araşdırmalarla yanğını 1960-cı il təvəllüdlü F.Abbasov tərəfindən
törədildiyi müəyyən edilib.
Hadisə nəticəsində 1 hektar ərazidə quru ot sahəsi yanıb.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə
göndərilib.

