Ölkədə quş qripi xəstəliyinə yoluxma halı aşkarlanmayıb

Baş səhifə

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublika (Naxçıvan
Muxtar Respublikası daxil) ərazisində 2025-ci ilin 17-21 noyabr və
8-12 dekabr tarixlərində aidiyyəti qurumların iştirakı ilə
keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Trend xəbər
verir ki, bu barədə AQTA məlumat yayıb.




Bildirilib ki, tədbirlər dövlət təbiət yasaqlıqlarının, ovçuluq
təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili
zonalar və digər ərazilərini əhatə edib. Habelə su anbarları və
çaysahili ərazilərdə ümumi müşahidələr aparılmaqla vəhşi quşlara
klinik baxış keçirilib, müxtəlif növ vəhşi quşdan diaqnostik
nümunələr götürülüb. Bundan əlavə, sənaye əsaslı müxtəlif həcmli
quşçuluq müəssisələrində, 34 rayonun (şəhər) ailə
təsərrüfatılarında müxtəlif növ ev quşundan qan və yaxma nümunələri
götürülərək müayinələrə cəlb edilib.

Laborator müayinələr və ümumi epizootoloji müşahidələrin təhlili
nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə
şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından
götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə
edilib və yoluxmaya şübhəli hal aşkarlanmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir