Ötən il ASCO-nun gəmiləri ilə daşınan yükün həcmi bəlli olub

Baş səhifə

Bakı.Trend:

AZCON Holdinq şirkətlərindən olan ASCO-nun gəmiləri ilə 2025-ci
il ərzində 9,085,935 ton yük daşınıb.

Trend xəbər
verir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, bu da 2024-cü illə müqayisədə 5,38 faiz artım
deməkdir.

Ən yüksək artım quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb.
Ötən il ərzində bu tip gəmilərlə 1,324,999 ton yük daşınıb. Bu,
2024-cü ilin eyni göstəriciləri ilə müqayisədə 45 faizdən
çoxdur.




Ötən il tankerlərlə daşınan yükün həcmində də artım müşahidə
olunub. Belə ki, 2024-cü ildə 4,216,243 ton yük daşındığı halda,
2025-ci ildə bu göstərici 4,310,046 tona çatıb. Beləliklə, bu
seqment üzrə daşımalarda 2 faizdən çox artım qeydə alınıb.

Statistikaya əsasən, 2024-cü ildə bərə gəmiləri ilə 76,757 ədəd
təkərli texnikanın (vaqon, TIR və avtotexnika) daşınması həyata
keçirilib. 2025-ci ildə də təxminən eyni səviyyədə, yəni 77,071
ədəd vaqon, TIR və avtotexnika daşınıb.

Bundan başqa, ötən il ASCO-nun gəmiləri ilə daşınan
konteynerlərin sayı 22,030 TEU olub. Bu isə 2024-cü illə müqayisədə
203 faiz artım deməkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir