
Bakı. Trend:
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Belarusa
ümumilikdə 71 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları
ixrac olunub.
Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 27,6 milyon dollar və ya 1,6 dəfə çoxdur.
2025-ci ilin 11 ayı ərzində Azərbaycandan Belarusa ixrac olunan
qeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 2,14
faiz təşkil edib.
Beləliklə, Belarus Azərbaycandan ən çox qeyri neft-məhsulları
ixrac edən ölkələrin sırasında səkkizinci yer tutub.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycan
xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində
ticarət əməliyyatı həyata keçirib. Bu, keçən ilin eyni dövrü ilə
müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,
21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il
ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə
2,416 milyard ABŞ dolları və ya 12,9% artırıb.

