
Bakı. Trend:
ABŞ Venesuelanın resurslarından istifadə etməklə neft
qiymətlərini aşağı salmaq niyyətindədir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp
“The New York Times” qəzetinə verdiyi müsahibədə bildirib.
Ağ Evin rəhbəri iddia edir ki, ABŞ Bolivar Respublikasını “çox
sərfəli şəkildə” bərpa edəcək.
“Biz neftdən istifadə edəcəyik və nefti əldə edəcəyik. Neft
qiymətlərini aşağı salacağıq və Venesuelaya, onun ciddi ehtiyacı
olan vəsaiti verəcəyik”, – deyə ABŞ lideri bildirib.
3 yanvar tarixində ABŞ Venesuelaya zərbələr endirib: ölkənin
paytaxtı Karakas və Fort-Tiuna hərbi bazasında partlayışlar baş
verib. Hücumlardan sonra Tramp əməliyyatı uğurlu adlandırıb və ABŞ
hərbçilərinin Venesuela prezidenti Nikolas Maduro və onun həyat
yoldaşını ələ keçirdiyini açıqlayıb. Ağ Ev rəhbəri vurğulayıb ki,
Maduro “artıq prezident deyil”, Venesuelaya rəhbərlik isə
“hakimiyyətin təhvil-təslim edilməsinə qədər” ABŞ-nin nəzarətində
olacaq.

