
Bakı. Trend:
Bütün Ermənilərin katalikosu istefa verməyə məcbur olacaq.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol
Paşinyan brifinqdə deyib.
“Deyirsiniz ki, Ktrıç Nersisyan (katalikos II Qareginin həqiqi
adı) getmək niyyətində deyil. Biz elə edəcəyik ki, o, niyyətini
dəyişsin. Heç kimin heç vaxt getmək niyəti olmur. Serj Sarkisyanın
da getmək niyyəti yox idi, amma getməyə məcbur oldu. Eyni hal Ktrıç
Nersisyanla da olacaq: o, getməyə məcbur ediləcək”, – Paşinyan
vurğulayıb.
Paşinyan qeyd edib ki, bu proses heç bir sarsıntı olmadan,
“xristian təvazökarlığı” əsasında həyata keçiriləcək.
Qeyd edək ki, 8 dekabr 2025-ci ildə Paşinyan Ermənistanın
Apostol Kilsəsində islahatlarla bağlı planı ictimaiyyətə təqdim
edib. Plan Paşinyan və 10 yepiskop tərəfindən imzalanıb.

