
Bakı. Trend:
Atəşkəs şəraitində “İstəklilər koalisiyası” çərçivəsində
Türkiyənin Ukraynaya sülhməramlı kontingent göndərməsi
mümkündür.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə
Nazirliyinin nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.
Nazirlikdən qeyd olunub ki, Türkiyə Rusiya ilə Ukrayna arasında
müharibədə davamlı atəşkəsin əldə olunmasına yönəlmiş istənilən
konstruktiv təşəbbüsə töhfə verməyə hazırdır.
“Bu çərçivədə biz “İstəklilər koalisiyası”nın fəaliyyətində fəal
iştirak edirik. Türkiyənin sülhməramlı qüvvələri tərkibində
Ukraynaya qoşun göndərilməsi üçün ilk növbədə atəşkəs təmin
edilməli, bundan sonra isə dəqiq missiya müəyyənləşdirilməli və hər
bir ölkənin hansı həcmdə töhfə verəcəyi təsbit olunmalıdır”, – deyə
Milli Müdafiə Nazirliyindən bildirilib.

