
Bakı. Trend:
Xalq Bank müştərilərinə dəyərli əşyalarının təhlükəsiz və
etibarlı şəkildə qorunması üçün depozit seyfi xidmətini təklif
edir.
Müasir təhlükəsizlik standartlarına cavab verən depozit seyfləri
vasitəsilə sənədlər, zinət əşyaları, qiymətli metallar və ya digər
önəmli əşyalar etibarlı şəraitdə saxlanıla bilər. Siz seyfə
yerləşdirdiyiniz qiymətliləri bankın iş saatlarında istədiyiniz
zaman geri götürə bilərsiniz. Seyflərin fərqli ölçülərdə təqdim
edilməsi müştərilərə ehtiyaclarına uyğun seçim imkanı yaradır.
İcarə haqqı icarə müddəti və seyfin ölçüsünə görə fərqlənir və
aylıq 5 AZN-dən başlayır.
Xidmət həm fiziki şəxslər, həm də hüquqi şəxslər üçün
əlçatandır. Depozit seyfindən yararlanmaq üçün xidmətin aktiv
olduğu Xalq Bank filiallarına müraciət edə bilərsiniz.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.

