Ermənistan–Azərbaycan sərhədinin demarkasiyası TRIPP layihəsi üçün vacibdir – Paşinyan

Baş səhifə

Bakı. Trend:

Ermənistan–Azərbaycan sərhədinin demarkasiyası “Beynəlxalq Sülh
və Rifah naminə Tramp Marşrutu” (TRIPP) nəqliyyat dəhlizi
layihəsinin həyata keçirilməsi üçün zəruridir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol
Paşinyan brifinq zamanı bildirib.

“Hazırda müəyyən iş prosesləri gedir və münasib məqam yaranan
kimi demarkasiya prosesi davam etdiriləcək. … Əlbəttə, bütün bunlar
yerində də baş verəcək, çünki kommunikasiyaların və TRIPP
layihəsinin işə salınması üçün ən azı sərhədin bu hissələri
demarkasiya olunmalıdır”, – deyə Paşinyan sərhədlərin
delimitasiyası və demarkasiyası prosesinin hansı mərhələdə olduğu
barədə suala cavab verərkən bildirib.

O qeyd edib ki, hazırda ərazidə aktiv işlər aparılır və xəbərlər
ortaya çıxan kimi bu barədə məlumat veriləcək.

“Bunlar incə yanaşma tələb edən işlərdir. Hazırda bu
incəliklərin nəzərə alınması üçün sənədlərin hazırlanması
istiqamətində iş aparılır”, – deyə baş nazir vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir