
Bakı. Trend:
“Bayern Münhen”in israilli qapıçısı Daniel Perets İngiltərə
təmsilçisi “Sauthempton”a icarəyə verib.
Trend xəbər
verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat
yayıb.
25 yaşlı “əlcək sahibi” yaya qədər Çempionşip təmsilçisinin
formasını geyinəcək.
Qeyd edək ki, İsrail millisinin üzvü olan Daniel Perets mövsümün
ilk yarısında icarə əsasında “Hamburq”da çıxış edib.

