Diplomların dublikatının verilməsi qaydası təsdiqlənib

Baş səhifə

Bakı. Trend:

Ali təhsil haqqında dövlət sənədlərinin dublikatının verilməsi
qaydası təsdiqlənib.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar
imzalayıb.

Qərara əsasən, bu qayda qüvvəyə mindiyi tarixədək verilmiş
təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya
məhv olduqda, diplomalanın müraciətinə əsasən “Elektron imza və
elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan
diplomun dublikatı verilir.

Ərizəçi elektron kabinetinə daxil olaraq diplomun dublikatının
verilməsi üçün elektron ərizəni doldurur, itirilmiş, korlanmış və
ya məhv olmuş diplomla bağlı özündə olan və ya başqa mənbələrdən (o
cümlədən təhsil müəssisəsindən) əldə edə bildiyi məlumatları daxil
edir və ərizəni təsdiq edir.

Ərizəçi elektron kabinetində olan məlumatları əldə edə və
müraciətinin statusunu izləyə bilər.




Elektron ərizə ərizəçi tərəfindən təsdiq edildikdən sonra
məlumatların həqiqiliyi 3 (üç) iş günü müddətində yoxlanılır.
Elektron kabinetə ərizə və ya sənədlərdə qeyridəqiqlik (“İnzibati
icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci
maddəsinin tələbləri nəzərə alınmaqla) və ya uyğunsuzluq barədə
məlumat göndərildikdən sonra ərizəçi 3 (üç) iş günü ərzində onların
düzgünlüyünü təmin edib təkrar elektron ərizəni təsdiq
etməlidir.

Diplomun dublikatı arxiv sənədləri (müəssisəyə qəbul və
müəssisədən məzunolma barədə əmrlər, dövlət imtahan komissiyasının
protokolu (yekun dövlət attestasiyası nəzərdə tutulduğu halda),
təhsil sənədlərinin verilməsinin qeydiyyat kitabı) əsasında tərtib
olunur.

Məlumatların həqiqiliyi yoxlanıldıqdan sonra 15 (on beş) iş günü
ərzində müraciətə baxılaraq diplomun dublikatı hazırlanır və
ərizəçinin elektron kabinetində yerləşdirilir.

Diplomun dublikatı bu Qaydanın 2.6-cı bəndinə uyğun olaraq (ali
təhsil müəssisəsi yenidən təşkil edildiyi halda həmin müəssisənin
hüquqi varisi olan ali təhsil müəssisəsinin, ləğv olunduğu halda
isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən
etdiyi ali təhsil müəssisəsinin rəhbəri tərəfindən) təsdiq
edilir.

İtirilmiş diplomun və diploma əlavənin əvəzinə arayışın
verilməsi qadağandır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir