Xətaidə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Paytaxt sakini polisə müraciət edərək tanışının ondan hədə-qorxu
yolu ilə pul tələb etdiyi barədə məlumat verib.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonunda
keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı
C.Mikayılov müəyyən olunaraq saxlanılıb.




Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkəni
kəsici-deşici alətlə hədələyib və bu yolla ondan bir müddət əvvəl
verdiyi 350 manatı tələb edib.

Nərimanov rayonunda isə zərərçəkənin yolun kənarında saxladığı
qapısı açıq qalmış “SangYong” markalı avtomobildən 1500 manat
dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən,
əvvəllər eyni əmələ görə məhkum olunmuş 20 yaşlı Ş.Mahmudov da
polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir