“Fənərbaxça” hücumçunu İstanbul klubuna icarəyə verdi

Baş səhifə

Bakı. Trend:

“Fənərbaxça”nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas
komandadan uzaqlaşdırılan hücumçu İrfan Can Kahveci İstanbulun
digər təmsilçisi “Kasımpaşa”ya icarəyə verilib.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




İrfan Can mövsümün ikinci yarısını Emre Belözoğlunun baş
məşqçisi olduğu komandada keçirəcək.

Qeyd edək ki, “Fənərbaxça” İrfan Can Kahvecini 2021-ci ilin
yanvar ayında “Başakşehir”dən transfer edib. Türkiyə millisinin
üzvü olan 30 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin
yayına kimi nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir