2026-cı ilin ən təhlükəli 3 virusu: gözlənilməz infeksiyalara yol aça bilər

Baş səhifə

Bakı. Trend:

Alimlər 2026-cı il üçün bir neçə virusu diqqətlə izləyirlər,
çünki təkamül edən patogenlər, iqlim dəyişikliyi, əhali sıxlığının
artması və qlobal səyahətlər yeni viruslu təhdidlərin yaranmasına
şərait yaradır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hələlik ən ciddi narahatlıq doğuran virus yüksək
patogenli quş qripi H5N1 virusudur. Xüsusilə ABŞ-də onun südlük
iribuynuzlu mal-qaraya keçməsi, insanlar arasında yoluxma ehtimalı
ilə bağlı riskləri artırıb.




2022-ci ildə qlobal epidemiya yaradan “mpox” (Meymunçiçəyi)
artıq bütün dünyada möhkəmlənib. Son dövrlərdə mərkəzi Afrikada və
ABŞ-də xəstəliyin daha ağır gedişlə xarakterizə olunan variantına
yoluxma hallarının artması qeydə alınıb.

Bundan başqa, ağcaqanadlar vasitəsilə yayılan “Oropuş” virusu
Amazon bölgəsindən kənara çıxaraq arealını genişləndirir və bu
virusun yayılması ilə bağlı ocaqların Amerika qitələri üzrə səyahət
edənlərə təsir göstərməyə davam edəcəyi ehtimal olunur.

Davam edən digər viruslu təhdidlərə çikunqunya, peyvəndlənmə
səviyyəsinin azalması fonunda qızılca hallarının artması, HİV-in
yenidən geniş yayılma ehtimalı, eləcə də daim mövcud olan yeni,
hələ aşkarlanmamış patogenlər riski daxildir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir