
Bakı. Trend:
Oksford Universitetinin tədqiqatına görə, arıqlama dərmanlarını
qəbul etməyi dayandıran insanlar iki ildən az müddətdə itirdikləri
çəkini bərpa edirlər.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Tədqiqatda 9341 iştirakçı ilə aparılmış 37 araşdırmanın
nəticələri təhlil edilib. Dərman müalicəsinin orta müddəti 39
həftə, müşahidə dövrü isə 32 həftə olub. Nəticələrə əsasən, dərman
qəbulunu dayandıran şəxslər ayda orta hesabla 0,4 kiloqram çəki
alaraq, 1,7 il ərzində əvvəlki çəkilərinə qayıdıblar.
Tədqiqat həmçinin göstərib ki, bu dərmanların qan təzyiqi və
xolesterol kimi ürək-metabolik göstəricilərə müsbət təsiri müalicə
dayandırıldıqdan sonra təxminən 1,4 il ərzində əvvəlki vəziyyətinə
dönür.

