
Bakı. Trend:
UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi
olan “Ayntraxt” hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Trend xəbər verir ki,
Almaniya təmsilçisi “Nottingem Forest”dən Arno Kalimuendonu icarəyə
götürüb.
Frankfurt klubu fransalı forvard üçün 1,5 milyon avroluq icarə
haqqı ödəyib. “Ayntraxt” 25 milyon avro ödəməklə 23 yaşlı
futbolçunun transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, “Qarabağ”ın “Ayntraxt”la oyunu 21 yanvar tarixində
Bakıda baş tutacaq.

