
Bakı. Trend:
Harri Keyn Bundesliqada ötən ayın ən yaxşı futbolçusu
seçilib.
Trend xəbər verir ki, “Bavariya”nın hücumçusu dekabr ayının yekunlarına əsasən bu
mükafata layiq görülüb. Səsvermədə o, komanda yoldaşları Maykl
Olise və Yozip Stanişiçi, həmçinin Patrik Vimmeri (“Volfsburq”),
Yan Diomande və Kristofer Baumqartneri (hər ikisi “Leyptsiq”)
qabaqlayıb.
Qeyd edək ki, dekabr ayında Keyn Almaniya çempionatı
çərçivəsində 3 matçda iştirak edib və 5 qol vurub.

