
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli
yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Trend xəbər verir ki, bu
barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb
olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı
yanğının onyeddimərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində
yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının
olduğu müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 119 kv.m olan üçotaqlı mənzilin
dəhlizində 1 ədəd yataq dəsti, dəhlizin divar kağızları 9kv.m.
sahədə, otaqların və hamamın qapıları qismən yanıb, yüksək
temperaturdan hamamın lambirdən ibarət tavanı 5kv.m. sahədə
deformasiya edib.
Xilasedicilər tərəfindən xəsarət almış bir nəfər xilas edilərək
təcili tibbi yardım briqadasına təhvil verilib, həmçinin, bina
sakinləri təxliyə edilib.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə
edilib.

