ABŞ beynəlxalq qaydalardan kənara çıxır – Makron

Baş səhifə

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron yanvarın 8-də Parisdə
keçirilən illik səfirlər konfransında deyib ki, ABŞ bəzi ənənəvi
müttəfiqlərdən tədricən uzaqlaşır və əvvəl təbliğ etdiyi beynəlxalq
qaydalardan kənara çıxır. Makron bildirib ki, çoxistiqamətli
beynəlxalq institutlar getdikcə daha az effektiv işləyir və böyük
güclər arasında dünyanı öz aralarında bölmək cəhdləri yaranır.

Trend xəbər verir ki, Makron
ABŞ-ın xarici siyasətindəki bu dəyişikliklərin qlobal stabilliyə
təhlükə yaratdığını vurğulayıb.

Prezident həmçinin Fransa və Avropanın strateji müstəqilliyini
gücləndirməyin vacibliyini qeyd edib, texnologiya, iqtisadiyyat və
təhlükəsizlik sahələrində Avropa səviyyəsində yeni yanaşmaların
hazırlanmasını istəyib.




Makron bu çıxışını ABŞ-ın Venesueladakı hərbi əməliyyatlar və
Qrenlandiya ilə bağlı bəyanatları fonunda edib. O, Vaşinqtonun
davranışlarının beynəlxalq qaydaların pozulması kimi
dəyərləndirildiyini bildirib.

Prezidentin sözlərinə görə, belə bir qlobal kontekstdə Fransa və
Avropa öz maraqlarını və qaydalarını qorumaq üçün daha çox
güclənməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir