Hərbi prokuror Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Hərbi prokuror Bəhruz Əhmədov Müdafiə Nazirliyinin Hərbi Hava
Qüvvələrinin Komandanı, general leytenant Namiq İslamzadə ilə
birlikdə tədbir keçirərək hərbi qulluqçularla görüşüb.

Trend xəbər
verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Hərbi prokuror Hərbi Hava
Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki peşəkarlığından,
hazırkı dövrdə hərbi hava qüvvələrinin əhəmiyyətindən bəhs
edib.




Vurğulanıb ki, hərbi qulluqçuların fiziki hazırlığı ilə yanaşı,
nəzəri biliklərinin artırılması, yeni texnikaların mənimsənilərək
peşəkarlıqla idarə olunması, habelə bu sahədə uğur qazanmaq üçün
nizam-intizamın yüksək səviyyədə olması tələb olunur.

Hərbi qulluqçular Prezident, Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyev tərəfindən yaradılan şəraitə görə razılıqlarını
bildirib, gələcəkdə də onların qarşısında qoyulmuş vəzifələrin
öhdəsindən layiqincə gələcəklərini qeyd ediblər.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara
hədiyyələr təqdim olunub və xidməti fəaliyyətlərində uğurlar
arzulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir