Uşağın anadan olmasına görə proaktiv qaydada təyin olunan birdəfəlik müavinətlərin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar-dekabr ayları ərzində 98 381 nəfərə uşağın
anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin
olunaraq Fond tərəfindən ödəniş edilib.

Trend xəbər
verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, müavinət ödənişləri 45 274 nəfər qız, 53 107
nəfər oğlan uşağına görə aparılıb.




Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində 106 486
nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik
müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Müavinət ödənişləri 49 977 nəfər qız, 56 509 nəfər oğlan uşağına
görə aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir