Rusiya Kiyevə hücum edib, 4 nəfər ölüb, 20 nəfərdən çox insan xəsarət alıb

Baş səhifə

Rusiyanın ötən gecə Kiyevə hücumu nəticəsində 4 mülki şəxs həlak olub və 20 nəfərdən çox insan xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün “X” hesabında məlumat verib.

Sibiqa yaşayış məntəqələrinin, kritik infrastrukturun, enerji və su təminatı təsisatlarının hədəfə alındığını bildirib.

Ukrayna XİN rəhbəri Rusiyanın hücumlarına kəskin rekasiya verilməsini tələb edib və bu ölkəyə qarşı yeni sankisyaların tətbiq olunmasına çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir