2025-ci ildə Azərbaycan ərazisindən Ermənistana dəmir yolu ilə 1210 ton benzin daşınıb – Nazir

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə
Ermənistana 6580 ton taxıl idxal edilib. Bunun 1000 tonu
Qazaxıstan, 5580 tonu isə Rusiya mənşəlidir. Həmçinin ölkəyə 1210
ton Azərbaycan benzini də daxil olub.

Trend xəbər
verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan
“Facebook” səhifəsində paylaşım edib.




“2026-cı il yanvarın 8-nə olan məlumata görə, Azərbaycan
ərazisindən Ermənistana dəmir yolu ilə 8485 ton Rusiya taxılı daxil
olub, bundan başqa 4103 ton taxıl da yoldadır. Həmçinin 7600 ton
Azərbaycan neft məhsulu da yoldadır ki, bunun 6100 tonu benzin,
1500 tonu isə dizeldir.

Əvvəlcədən qeyd olunduğu kimi, benzin və dizelin qiymətində
əvvəlki ayla müqayisədə litr başına 80 dramadək ucuzlaşma
gözlənilir. Bu inkişaf fonunda digər yanacaq satışı ilə məşğul olan
şirkətlər də qiymətlərin azaldılması istiqamətində iş aparır”, –
deyə Gevorq Papoyan bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir