Tramp “Donro doktrinasına” aydınlıq gətirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp yerli telekanallardan birinə verdiyi
müsahibədə “Donro doktrinası”ndan söz açaraq, onun bütövlükdə Qərb
yarımkürəsində sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət
etdiyini bildirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“Biz istəmirik ölkəmizə narkotiklər gətirilsin. Biz ölkəmizə pis
adamların gəlməsini istəmirik”, – deyə Ağ Ev rəhbəri bildirib.




O, həmdə klassik “Monro doktrinasını” niyə “Donro” adına
dəyişdiyini də aydınlaşdırıb. Tramp bildirib ki, yeni doktrinanı
məhz onun şərəfinə, adının baş hərfinə uyğun belə adlandırıblar.
Belə ki, indiki administrasiya keçmiş xarici siyasət
konsepsiyasının məqsədlərinə tam olaraq çatıb.

Bundan əvvəl ABŞ-nin “Axios” portalı izah edib ki, “Donro
doktrinası” 1823-cü ilin dekabrında ABŞ-nin beşinci Prezidenti
Ceyms Monro tərəfindən təqdim edilən “Monro doktrinasının”
aktualizə edilmiş versiyasıdır. Nəşrin müəlliflərinin fikrincə,
Tramp bu doktrina vasitəsilə dünyada yeni bir nizam yaratmağa
çalışır. Yenilənmiş sənəddə Qərb yarımkürəsi ABŞ-nin təsir dairəsi
kimi tanınır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir