Cəbrayıl və Füzulidə açıq ərazilərdə baş vermiş yanğınlar söndürülüb – VİDEO

Baş səhifə

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğınlar daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir