Ötən il Azərbaycanda həbs olunan Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib

Baş səhifə

Bakı.Trend:

Tacikistan Respublikasının hüquq mühafizə orqanları ilə
cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam
etdirilir.

Trend xəbər
verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, dələduzluqda təqsirli bilinərək dövlətlərarası
axtarışa verilmiş 13.01.1992-ci il təvəllüdlü, Tacikistan
Respublikasının vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanın
verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin
edilib.




Mukhammadnido Nazarmukhammadzoda 2025-ci ildə ölkəmizdə müəyyən
edilərək həbs edilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən
təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul
edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi
konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli
orqanlarına təhvil verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir