
Ağdam.Trend:
Ağdərə rayonunun 4 kəndində növbəti köç karvanı yola
salınıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Trend-in Qarabağ
bürosunun xəbərinə görə, Qayıdış proqramına uyğun olaraq Ağdərə
rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə
növbəti köç karvanı Tərtər şəhərindən yola salınıb.
Bu mərhələdə Ağdərənin Çıldıran kəndinə 13 ailə, 48 nəfər, Aşağı
Oratağ kəndinə 31 ailə, 119 nəfər, Heyvalı kəndinə 19 ailə, 74
nəfər və Çapar kəndinə isə 26 ailə, 96 nəfər köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli
dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə
və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür
ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən
rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət diləyiblər.

