Türk Hava Yolları Tehrana və əks istiqamətə aviareysləri təxirə salıb

Baş səhifə

Bakı. Trend:

Türkiyə Hava Yolları (Turkish Airlines) şirkəti İranın paytaxtı
Tehrana cümə gününə nəzərdə tutulan beş hava reysini təxirə
salıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Eyni zamanda əks istiqamətə uçuşların təxirə salındığı
bildirilir. Bu qərarın səbəbləri barədə rəsmi məlumat verilmir.

Qeyd edək ki, Türk Hava Yolları, 1933-cü ildə təsis edilmiş
Türkiyənin milli aviadaşıyıcısıdır və mərkəzi İstanbul Hava
Limanındadır. Şirkət 120-dən çox ölkədə 330-dan çox istiqamətə
uçuşlar həyata keçirir və bu baxımdan dünyada ən böyük
aviaşirkətlərdən biridir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir