Qəbələ rayon Mərkəzi Xəstəxanasında xəstənin ölməsi faktı üzrə başlanmış cinayət işi məhkəməyə göndərilib

Baş səhifə

Bakı.Trend:

Ötən il iyunun 26-da Qəbələ şəhər sakini 2009-cu il təvəllüdlü
Məleykə Məmmədovanın “Qəbələ rayon Mərkəzi Xəstəxanası” PHŞ-in
Cərrahiyyə şöbəsində ölməsi faktı üzrə rayon prokurorluğunda
başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Trend xəbər
verir ki, bu barədə Qəbələ rayon prokurorluğunun məlumat yayıb.

Bildirilib ki, istintaqla qeyd edilən tibb müəssisəsinin
cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov
tərəfindən «iki tərəfli tonzillektomiya» cərrahiyyə əməliyyatının
texniki qüsurla icra edilməsi səbəbindən M.Məmmədovanın stasionar
müalicə aldığı həmin xəstəxanada kəskin qanitirmə nəticəsində
ölməsinə əsaslı şübhələr müəyyən edilib.




Elçin Mahmudov cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
səbəb olan səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində
cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan
edilib, barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə
getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıdırlaraq baxılması
üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir