“Liverpul” – “Qarabağ” oyunu üçün biletlər satışa çıxarılır

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində
keçiriləcək “Liverpul” (İngiltərə) – “Qarabağ” FK matçını
“Anfield”də izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər
üçün ayrılmış vauçerlər satışa çıxarılır.

“Qarabağ”ın Mətbuat xidmətindən Trend-ə verilən mlumata görə, vauçerlər
iTicket.az saytında onlayn şəkildə bu gün saat 12:00-dan etibarən
satışda olacaq.

Bildirilib ki, biletlərin qiyməti 115 AZN təşkil edir.
Azarkeşlərimiz üçün “Anfield”də 1 250 yer ayrılıb.




“Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edəcəksiniz. Oyun
gününə qədər isə biletiniz sifariş zamanı göstərdiyiniz e-mail
ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək. Xahiş
və tələb olunur ki, e-mail ünvanınızı düzgün yazdığınızdan əmin
olun — biletlər yalnız göstərdiyiniz e-mail ünvanına göndəriləcək.
Təhlükəsizlik məqsədilə yalnız A5 ölçüsünü keçməyən əl çantası
(148.5 x 210 mm) ilə girişə icazə verilir”, – deyə məlumatda
bildirilib.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-i Bakı
vaxtı ilə 23:59-da, İngiltərə vaxtı ilə isə saat 20:00-da start
götürəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir