Xətaidə imtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətə başlayıb

Baş səhifə

Bakı.Trend:

TƏBİB rəhbərliyinin tapşırığına əsasən, Bakı Baş Səhiyyə Mərkəzi
tərəfindən imtiyazlı xəstələr üçün yeni aptek yaradılıb.

Trend xəbər
verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, vətəndaş məmnunluğunun artırılması, tibbi
xidmətlərə əlçatanlığın təmin edilməsi, həmçinin 7 nömrəli Şəhər
Poliklinikasının iş yükünün azaldılması məqsədilə Bakı şəhəri,
Xətai rayonu, Zığ yolu küçəsi 22 ünvanında yerləşən 38 nömrəli
Şəhər Poliklinikasının nəzdində imtiyazlı xəstələr üçün yeni aptek
istifadəyə verilib.

Aptek Xətai rayonunun əhalisinin qeydiyyatda olduğu 38 nömrəli
Şəhər Poliklinikasının və Zığ Sağlamlıq Mərkəzinin imtiyazlı
xəstələrinin dərman təminatını həyata keçirəcək.




Ümumilikdə, aptek 3142 nəfər əhaliyə tibbi xidmət göstərəcək.
Bunlardan 2692 nəfəri 38 nömrəli Şəhər Poliklinikasının, 450 nəfəri
isə Zığ Sağlamlıq Mərkəzinin dispanser qeydiyyatında olan şəkərli
və şəkərsiz diabet xəstələrini əhatə edir.

Qeyd edək ki, Bakı şəhəri üzrə ilkin səhiyyə xidməti
müəssisələrində qeydiyyatda olan imtiyazlı xəstələrin dərman
təminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklər
tərəfindən həyata keçirilir.

İndiyədək Xətai rayonu ərazisində 1 mərkəzləşdirilmiş aptek (7
nömrəli Şəhər Poliklinikasında – M.Rüstəmov 1 ünvanında) fəaliyyət
göstərirdi. Bu isə vətəndaşların dərman təminatı zamanı uzaq
məsafələr qət etməsinə, bir sıra növbələrin yaranmasına, həmçinin
aptekin yüklənməsinə səbəb olurdu. Yeni fəaliyyətə başlayan aptekin
yaxın məsafədə yerləşməsi sözügedən tibb müəssisələrinin
sakinlərinin işini xeyli asanlaşdıracaq.

Onu da qeyd edək ki, ötən ilin noyabr ayında Binəqədi rayonunda
yerləşən 9 nömrəli Şəhər Poliklinikasının iş yükünün azaldılması
məqsədilə Biləcəri qəsəbəsində yerləşən 30 nömrəli Şəhər
Poliklinikasının nəzdində də imtiyazlı xəstələr üçün yeni aptek
istifadəyə verilmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir