
Bakı. Trend:
2026-cı ildə Azərbaycanda inflyasiya səviyyəsi 2025-ci ildəki
5,6 faizdən 4 faizə enəcək.
Trend xəbər verir
ki, bu barədə BMT-nin hesabatında qeyd olunur.
Təşkilatın proqnozlarına görə, ölkədə istehlakçı inflyasiyası
azalmağa davam edəcək və 2027-ci ildə 3,5% səviyyəsində olacaq.
Əvvəlki illərlə bağlı olaraq, hesabat göstərir ki, Azərbaycanda
inflyasiya aşağıdakı səviyyələrdə olub:
2003–2017-ci illərdə 12,9%
2018-ci ildə 2,3%,
2019-cu ildə 2,6%,
2020-ci ildə 2,8%,
2021-ci ildə 6,7%,
2022-ci ildə 13,9%,
2023-cü ildə 8,8%,
2024-cü ildə 2,2%.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə,
2025-ci ilin noyabr ayında 12 aylıq inflyasiya 5,5% təşkil edib.
Xüsusilə, ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatları
üzrə illik inflyasiya 7,1% qeydə alınmış, qeyri-ərzaq məhsullarının
qiymətləri isə 2,5% artmışdır. Bu dövrdə ödənişli xidmətlər üzrə
illik qiymət artımı 5,7% olub. Tənzimlənən qiymətlər və kənd
təsərrüfatı məhsullarının mövsümi qiymət dəyişkənlikləri nəzərə
alınmadan hesablanmış illik baza inflyasiyası noyabrda 4,8% təşkil
edib.

