Xarici xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi şəxs ifşa olunub

Baş səhifə

Bakı.Trend:

Xarici xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının
milli təhlükəsizliyinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin
aşkar edilərək qarşısının alınması istiqamətində Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən
əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının
vətəndaşı, 1969-cu il təvəllüdlü Fərzəliyev Siyafət Heydər oğlunun
dövlətə xəyanət etməsinə əsaslı şübhələr yaranıb.

Trend xəbər
verir ki, bu barədə DTX məlumat yayıb.

Bildirilib ki, araşdırmalarla müəyyən edilmişdir ki, Naxçıvan
Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə
ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının
nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa
cəlb edilmiş, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında
Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və
digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq
xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim etmişdir.




Həmçinin qeyd olunan şəxsin yaşadığı mənzilə baxış keçirilərkən
oradan “Kalaşnikov” tipli avtomat silahının ayrı-ayrı hissələri
aşkarlanaraq götürülmüşdür.

Siyafət Fərzəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, doyüş
sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına
vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 274-cü (dövlətə
xəyanət) maddələri ilə məsuliyyətə cəlb olunaraq, məhkəmənin qərarı
ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam
etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir