
Bakı. Trend:
Fransada fermerlər Avropa İttifaqı ilə Cənubi Amerika arasında
(Merkosur çərçivəsində) mümkün azad ticarət müqaviləsinə etiraz
olaraq paytaxt Parisin Periferik bulvarını bağlayıblar.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Həmkarlar ittifaqlarının fəalları sütunun önündə traktorları ilə
mərkəzi yolu zəbt edərək, nəqliyyatın hərəkətini dayandırıblar.
Bir müddətdən sonra etirazçılar traktorları ilə yalnız üç zolağı
tutaraq, avtomobillərin qismən hərəkətinə şərait yaradıblar.
Xatırladaq ki, bundan bir gün əvvəl eynilə yunanıstanlı
fermerlər mümkün azad ticarət müqaviləsinə etiraz olaraq
traktorları ilə Yunanıstanda aksiyalar keçirmişdilər.

