
Bakı.Trend:
Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Amil Ağayevin
cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Trend xəbər
verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
hökm oxunub.
Hökmə əsasən, Amil Ağayev 19 il müddətə azadlıqdan məhrum
edilib.
Bildirək ki, hadisə keçən ilin iyul ayında Amil Ağayev gecə
saatlarında qonşusu Bəsti Həsənovanın evinə girərək qətlə
yetirib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa
cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi
ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı
hərəkətlərlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham edilib.

