
Bakı. Trend:
Kiyev sakinləri imkan daxilində şəhəri tərk etsinlər.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Kiyevin meri Vitaliy Kliçko öz
“Telegram” kanalında yazılı müraciət paylaşıb.
“Paytaxt sakinlərinə müraciət edirəm – kimin imkanı varsa
alternativ elektrik enerjisi və istilik təchizatı mənbələrinin
olduğu yerlərə getsin – bunu edin”, -deyə o yazıb.
Kliçkonun sözlərinə görə, hazırda Kiyevdə çoxmənzilli yaşayış
binalarının təxminən yarısı istilik təchizatından məhrum qalıb.
Bundan əlavə, şəhərdə su təchizatında da fasilələr müşahidə
olunur.
Mer əlavə edib ki, şəhər hakimiyyəti zədələnmiş infrastrukturu
bərpa etməyə çalışır, lakin əlverişsiz hava şəraiti kommunal
xidmətlərin işini daha da çətinləşdirir.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya ordusunun Ukraynanın
strateji enerji obyektlərinə zərbələri nəticəsində ölkənin bir çox
şəhərlərində o cümlədən Kiyevdə elektrik təchizatının verilişində
ciddi problemlərin yaşandığı barədə məlumatlar yayılmışdı.

