Rusiyaya qarşı sanksiyalar sərtləşdirilsin – Kallas

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqının xarici siyasət üzrə ali komisarı Kaya Kallas
Rusiya ordusunun Ukraynaya orta-mənzilli “Oreşnik” raketləri ilə
zərbələr endirməsinə sərt reaksiya verib.

Trend xəbər verir
ki, bu barədə Kallas öz rəsmi “X” səhifəsində Rusiyaya qarşı
sanksiyaların sərtləşdirilməsinə dair çağırış edib.

“Avropa İttifaqı ölkələri hava hücumundan müdafiə vasitələrinin
ehtiyatlarını artırmalı və öz planlarının icrasına dərhal
başlamalıdır. Biz həmçinin bu müharibənin Moskva üçün bədəlini daha
da yüksəltməliyik – o cümlədən sanksiyaların sərtləşdirilməsi yolu
ilə”, – deyə Kallas yazıb.




O əlavə edib ki, “Oreşnik”dən istifadəni Ukraynaya qarşı açıq
eskalasiya, eyni zamanda Avropa və ABŞ üçün xəbərdarlıq hesab edir.
Kallasın fikrincə, Rusiya lideri Vladimir Putin sülhə can
atmır.

“Rusiya diplomatiyaya yeni raketlər və dağıntılarla cavab
verir”, – deyə Kallas qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir