
Bakı. Trend:
Zəngilan rayonunun Ağbənd qəsəbəsi ərazisində dövlət sərhədindən
yeni modul tipli buraxılış məntəqəsinin tikinti və quraşdırma
işlərinə başlanılır.
Trend-in
dövlət satınalmalarının vahid internet portalına istinadən
məlumatına görə, görüləcək işlər çərçivəsində ərazidə asfalt-beton
örtüyü və abadlıq işləri də aparılacaq.
Belə ki, Dövlət Gömrük Komitəsi (DGK) artıq bununla bağlı
müvafiq işləri yekunlaşdırıb.
DGK sözügedən işlərin icrasını “Bilgə Qrup” QSC-yə həvalə edb və
müqavilə bağlayıb.
Müqaviləyə əsasən, QSC-yə 10,1 milyon manat ödənilib.

