
Bakı. Trend:
“Roblox” oyun platforması çatlarda yaş məhdudiyyəti tətbiq
etdiyi barədə açıqlama yayıb
Trend xəbər
verir ki, bununla bağlı sosial media platformalarında komanda
məlumat paylaşıb.
“Biz bütün istifadəçilərimiz üçün yaşdan asılı olmayaraq
təhlükəsiz oyun mühiti təmin etməyə sadiqik. Bu gündən etibarən,
çat üçün yaş yoxlaması tələbi çat funksiyası olan bütün ölkələrdə
tətbiq olunmağa başlayır”, – məlumatda qeyd olunub.

