Ötən il ərzində verilən reklam icazələrinin sayı məlum olub

Baş səhifə

Bakı.Trend:

2025-ci il ərzində 312210 ədəd reklam icazəsi verilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət
Reklam Agentliyindən məlumat verilib.

Bildirilib ki, icazələrin 145494-ü Bakı ŞRİ , 166716-sı Regional
idarələr üzrə verilib.




“Cari ilin ilk 11ərzində reklam yayımı dayandırılan (demontaj
edilən) daşıyıcı sayı isə 50000-ə yaxın olub.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq, açıq
məkanda yayımlanan reklamlara dair daha rahat, müasir və çevik
rəqəmsal müraciət imkanları yaratmaq məqsədilə Azərbaycan
Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) rəsmi internet
səhifəsində yeni – “Açıq məkanda reklama ictimai nəzarət” adlı
bölməni istifadəyə verib. Yeni rəqəmsal platforma vətəndaşlardan
daxil olan müraciətlərin operativ emalını və təhlilini təmin
etməklə açıq məkanda yayımlanan reklamların məzmunu, estetik
görünüşü və təhlükəsizliyi ilə əlaqədar ictimai nəzarəti
gücləndirməyə, proseslərin şəffaflığını və əlçatanlığını artırmağa
xidmət edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir