Qar yağması səbəbindən “Verder” – “Hoffenhaym” oyunu ləğv edilib

Baş səhifə

Bakı. Trend:

Almaniya futbol çempionatının 16-cı turu çərçivəsində “Verder”
və “Hoffenhaym” komandaları arasında keçirilməsi planlaşdırılan
oyun qar yağması səbəbindən ləğv edilib.

Trend xəbər verir
ki, bu barədə “Verder” klubunun mətbuat xidməti məlumat yayıb.

Görüş yanvarın 10-da Bremen şəhərində keçirilməli idi. Matçın
yeni tarixi daha sonra açıqlanacaq.




Qeyd edək ki, bu, Almaniya çempionatının 16-cı turunda
əlverişsiz hava şəraiti səbəbindən ləğv edilən ikinci oyundur. Daha
əvvəl yanvarın 10-da keçirilməsi nəzərdə tutulan “Sankt-Pauli” –
“Leypsiq” matçı da eyni səbəbdən baş tutmamışdı.

Hazırda Bundesliqanın turnir cədvəlində “Hoffenhaym” 27 xalla
beşinci, “Verder Bremen” isə 17 xalla 10-cu pillədə qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir