Britaniya Ukraynaya qoşunların yerləşdirilməsi üçün hazırlıq məqsədilə 200 milyon funt sterlinq ayırıb

Baş səhifə

Böyük Britaniya hökuməti atəşkəsdən sonra Britaniya qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsi üçün hazırlıq məqsədilə 200 milyon funt sterlinq (268 milyon dollar) ayırıb.

APA xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Heli Kiyevə səfəri zamanı bildirib.

“Müdafiə naziri bu gün bu il üçün 200 milyon funt sterlinq ayrıldığını təsdiqləyib və bu, xüsusilə Ukraynaya çoxmillətli qüvvələrin mümkün yerləşdirilməsi üçün hazırlıqların maliyyələşdirilməsinə ayrılacaq”, – Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir