
Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində aparılan narkotik maddələrlə bağlı
istintaq çərçivəsində “Klein Phönix” gecə klubu və “Bebek Otel”
daxil olmaqla 6 məkanda əməliyyat keçirilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir
Polis və jandarma bölmələrinin iştirakı ilə həyata keçirilən
reydlər zamanı təhlükəsizlik qüvvələri müəyyən edilmiş ünvanlara
cəlb olunub. Həmin məkanlarda genişmiqyaslı axtarış aparıldığı və
yoxlamaların həyata keçirildiyi bildirilir.
Əməliyyat zamanı saxlanılanlar arasında məşhur aktyor Can
Yamanın da olduğu qeyd olunur. 1989-cu il təvəllüdlü Can Yaman
“Dolunay”, “Erkenci Kuş”, “Bay Yanlış” seriallarında canlandırdığı
obrazlarla tanınır.

