
Bakı.Trend:
Goranboy sakini dəm qazından zəhərlənib.
Trend-in
məlumatına görə, hadisə yanvarın 9-u saat 23 radələrində Goranboy
rayonu, Dəliməmmədli şəhəri, M.Əsədov küçəsi ev 10 ünvanında baş
verib.
Belə ki, həmin ünvanda yaşayan 1970-ci il təvəllüdlü İsmayılzadə
Namiq Nemət oğlu hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma
aparılır.

