Türkiyədə FETÖ əməliyyatı – 77 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Son iki həftə ərzində Türkiyənin 34 vilayətində jandarma
bölmələri tərəfindən aparılan əməliyyatlarda 77 nəfər şübhəli şəxs
qismində saxlanılıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu haqda Türkiyənin daxili işlər naziri
Əli Yerlikaya öz rəsmi “X” hesabında məlumat paylaşıb.




Nazir qeyd edib ki, əməliyyatlar zamanı saxlanılan 77 şübhəlinin
terror təşkilatının hazırkı strukturunda fəaliyyət göstərdikləri,
taksafonlar vasitəsilə təşkilat daxilində məsul şəxslərlə əlaqə
saxladıqları, terror təşkilatı ilə əlaqəli olduğu iddia edilən
yardım qurumlarına maliyyə vəsaiti təmin etdikləri və sosial media
hesabları üzərindən terror təşkilatının təbliğatını apardıqları
müəyyən edilib.

Məlumata görə, saxlanılanlardan 43-ü barəsində həbs qətimkan
tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir