ABŞ İranın cəsur xalqını dəstəkləyir! – Marko Rubio

Baş səhifə

ABŞ dövlət katibi Marko Rubio İranda hökumət əleyhinə etirazlar fonunda Vaşinqtonun İran xalqını dəstəklədiyini bildirib.

Modern.az xəbər verir ki, dövlət katibi bu barədə X hesabı üzərindən paylaşımında bildirib.

“Etirazlar ölkədəki ağır iqtisadi vəziyyətin təsiri ilə alovlanıb. Birləşmiş Ştatlar İranın cəsur xalqını dəstəkləyir”, – deyə Marko Rubio yazıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Tehranı təhlükəsizlik qüvvələrinin etirazçılara güc tətbiq edəcəyi təqdirdə İrana qarşı hücumla hədələyib. İranın ali dini lideri Ayətullah Əli Xamenei isə Trampa “öz ölkəsinə diqqət yetirməyi” tövsiyə edib və etirazların qızışdırılmasında ABŞ-ı günahlandırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir