Ağcabədi və Bərdədə ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıb

Baş səhifə

Bakı.Trend:

Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən maǧazaların
birində quraşdırılan ödəmə terminalından pul və tütün
məmulatlarının oǧurlanması, həmçinin mağazanın müşahidə
kameralarının yaddaş qurğusunun sındırılması barədə polisə məlumat
daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata
görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq
əməlini təqsirli bilinən Nahid Süleymanov saxlanılıb. Onun analoji
əməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyən
edilib.




Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb
.

Məhkəmənin qərarı ilə N.Süleymanov barəsində həbs qətimkan
tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir