İzmirdə miqrantları daşıyan qayıq batıb: ölənlər var

Baş səhifə

Bakı. Trend:

Türkiyənin İzmir vilayətinin Dikili rayonu sahillərində
miqrantları daşıyan rezin qayıq batıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, hadisə barədə Türkiyənin daxili
işlər naziri Ali Yerlikaya sosial şəbəkədə paylayım edib.




Nazirin sözlərinə görə, hadisə Dikilinin Bademli ərazisində baş
verib. Qayıqda olan 45 nəfərdən 37-si Sahil Mühafizə Xidmətinin
əməkdaşları tərəfindən xilas edilib, bir nəfərin isə cansız bədəni
sudan çıxarılıb.

Faciə bölgəsinə dərhal bir sahil mühafizəsi helikopteri və iki
xilasedici qayıq cəlb olunub. Hazırda itkin düşdüyü ehtimal edilən
7 miqrantın tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri
davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir